Uc (feodalizm)
Uc (türk. Uç; kənar, son) — köçəri türkmənlərin üstünlük təşkil etdiyi, adətən "kimsəsiz torpaqlar" kimi təsvir edilən torpaq mülkiyyət forması. Əsasən Anadolu, Balkanlar və Pireney yarımadasında formalaşmış müsəlman dövlətlərində olurdu. Bu torpaqlar tayfa başçılarına dövlətin ucqar sərhədlərini xarici qüvvələrdən qorumaq öhdəliyi müqabilində verilirdi. İrsən keçmirdi.
Bizansın xaraba qalmış Saqalassos qalasında şəhərin xristian sakinləri ilə buraya gələn türklər arasında münasibətlər mənfi zəmində idi. Bu səbəbdən türkmənlər "qarahisar"ın özündə deyil, onun kənarındakı ayrı kəndlərdə məskunlaşmağa başlamışdılar.
Tutulan bəzi yunan şəhərlərinin əhalisinin sayı xeyli azalmış olsa da, qismən qorunurdu. Qalan xristian yunanlar vergi planında (zimmi) istismar olunurdu, onlardan həm də devşirmə, qadınlardan fahişə, qul, cariyə kimi istifadə olunurdu. Hər halda, Səlcuqlu uclarında qalan yunanlar tədricən türkləşməyə və islamlaşmaya məruz qalmışdılar.